AVRO-2020-də qrup mərhələsinin ən yaxşı futbolçuları

24 İyun 2021 22:30 Araşdırma 508
AVRO-2020-də qrup mərhələsinin ən yaxşı futbolçuları

"WhoScored" futbol statistikası saytı AVRO-2020-nin qrup mərhələsinin ən yaxşı 100 futbolçusunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, seçim hər matça verilən orta qiymət əsasında aparılıb.

Ən yaxşı futbolçu adına Belçika yığmasının yarımmüdafiəçisi Kevin De Brüyne 8,84 xalla layiq görülüb.

İkinci yerdə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu 8,06 xalla qərarlaşıb. "Üçlüy"ü Hollandiya millisindən Frenki De Yonq 7,87 xalla qapayır.

"100-lüy"ə Türkiyə millisindən cəmi bir futbolçu düşüb. İtaliya "Sassuolo"sunda çıxış edən sol cinah müdafiəçisi Mert Müldür 6,97 xalla 74-cü pillədə yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!