Ağdama qanunsuz getmək istəyənlər saxlanıldı

10 İyun 21:50 Araşdırma 215
Ağdama qanunsuz getmək istəyənlər saxlanıldı

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən işğaldan azad edilmiş Qullar kəndinə keçmək istəyən 5 nəfər saxlanılıb.

Sportinfo.az xəbər verir ki, həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə dəvət olunublar.

Onlarla profilaktiki söhbətlər aparılıb, gizlədilmə ehtimalı olan mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib. Həmin şəxslər barəsində inzibati qaydada tədbir görülüb.

Xəbər Lenti