6 braziliyalı, 6 fransalı, 1 argentinalı Azərbaycanda - Ən çox futbolçu ixrac edənlər

16 May 2021 00:42 Araşdırma 1 033
6 braziliyalı, 6 fransalı, 1 argentinalı Azərbaycanda - Ən çox futbolçu ixrac edənlər

Cari mövsümün nəticələrinə əsasən, dünya futboluna ən oyunçu ixrac edən ölkələrin adları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 145 liqanın yer aldığı araşdırma nəticəsində 50 ölkədən ibarət siyahı formalaşıb.

Hər il olduğu kimi, yenə cədvələ Braziliya başçılıq edir. “Sambaçılar” ölkəsini 1287 futbolçu tərk edərək, legioner həyatı yaşayıb. İkinci pillədəki Fransa xarici liqalara 946 oyunçu bəxş edib.

Azərbaycan Premyer Liqasında hazırda 6 braziliyalı, 6 fransalı çıxış edir. İlk “üçlük”də qərarlaşan Argentinanın 780 legioneri mövcuddur. Ölkəmizdə isə cəmi 1 argentinalı karyerasını davam etdirir.

Ən çox futbolçu ixrac edən 10 ölkə:
1. Braziliya – 1287
2. Fransa – 946
3. Argentina – 780
4. İngiltərə - 494
5. Almaniya – 442
6. Serbiya – 440
7. İspaniya – 432
8. Nigeriya – 394
9. Kolumbiya – 379
10. Xorvatiya - 375

Digər Xəbərlər
Xəbər Lenti