"Hər kəsin sevimlisi olsalar da, bu, bizi məğlub edəcəkləri anlamına gəlmir"

6 Mart 2021 23:00 Araşdırma 850
"Hər kəsin sevimlisi olsalar da, bu, bizi məğlub edəcəkləri anlamına gəlmir"

"Qrupda birinci yer uğrunda mübarizə aparacağıq.

Buna inanmalıyıq və hədəfə çatacaq keyfiyyətə sahib komandayıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç yerli "Novosti" nəşrinə müsahibəsində dünya çempionatının seçmə oyunları barədə danışarkən deyib.

56 yaşlı mütəxəssis Azərbaycan millisinin də yer aldığı A qrupunda oyunların asan olmayacağını bildirib:

"Hər qrupun öz dəyəri var. Bizim qrup da asan olmayacaq. Rəqiblər maksimum səviyyədə oyun tələb edir. Diqqətimi digərlərinə deyil, komandama yönəltmək istəyirəm.

Portuqaliyada hər kəsin sevimlisi olan adlar var. Amma bu, bizi məğlub edəcəkləri anlamına gəlmir. Təslim olmayacağıq. Məqsəd Qətərdəki dünya çempionatına vəsiqə qazanmaqdır".

Digər Xəbərlər
Xəbər Lenti