"Ailə qurandan indiyə kimi başımdan söz-söhbətlər əskik olmayıb" - VİDEO

23 Yanvar 2021 20:00 Araşdırma 2 237
"Ailə qurandan indiyə kimi başımdan söz-söhbətlər əskik olmayıb" - VİDEO

İdmançı Kamil Zeynallı Lent.az saytının canlı yayımında qonaq olub.

Sportinfo.az xəbər verir ki, canlı yayım zamanı aparıcı Kamilə "Gülay Zeynallı ilə boşanmısınızmı" sualını ünvanlayıb.

O, isə ailəsi ilə gündəmə gəlmək istəmədiyini bildirib: "Ailə qurandan indiyə kimi başımdan söz-söhbətlər əskik olmayıb. Bu həyatda xoşbəxt olsam da, olmasam da, deməyəcəm.

Mən insanların fikri ilə xoşbəxt olmamışam. Camaat özü bilər, nə danışır. Mənə bugünkü gün canımın sağlamlığı lazımdır. Balamın sağlığı lazımdır.

Mənə camaatın fikiri maraqlı deyil. Mən həyatıma davam edirəm. Allahımdan da narazı deyiləm. Hər şey qaydasındadır, hər şey yolunda, özüm üçün irəliləyirəm.

Mən nə "hə" deyirəm, nə də "yox". Həyatda özümə xoşbəxt olmağı arzu edirəm".

Daha ətraflı baxmaq üçün videonu təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı