“Komandada problemlər var, onun sabaha qədər vaxtı olacaq"

10 Fevral 10:00 Almaniya 1 934
“Komandada problemlər var, onun sabaha qədər vaxtı olacaq"

“Bayern”in baş məşqçisi Tomas Tuxel Almaniya Bundesliqasının 21-ci turunun sabahkı “Bayer”lə oyunu öncəsi komandanın zədəli futbolçularının durumu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis komandanın qolkiperi Manuel Noyerin bu gün məşqlərə başladığını bildirib:

“Komandada problemlər var. Alfonso Deyvis təəssüf ki, məşq edə bilmədi. Manuel Noyer bu gün qapıçı məşqlərinə başlayacaq.

Onun sabaha qədər vaxtı olacaq, sonra kimin oynayacağına qərar verəcəyik: o, yoxsa Sven Ulrayx”.

Almaniya Bundesliqasında 20 turdan sonra turnir cədvəlinə “Bayer” 52 xalla başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti