Bu klublar fəaliyyətini dayandıracaq - Çempionat başlamasa

4 Aprel 2020 15:46 Almaniya 1 367
Bu klublar fəaliyyətini dayandıracaq - Çempionat başlamasa

Bundesliqada çıxış edən klubları ciddi maliyyə böhranı gözləyir.

Sportinfo.az xəbər verir ki, birinci və ikinci Bundesliqada çıxış edən 36 komandadan 13-ü ciddi böhranla üz-üzədir.

Əgər çempionat may ayında bərpa edilməsə, onlar müflis olacaq. Çempionat iyunda başlamayacağı təqdirdə, onlara daha 2 klub qoşulacaq.

Koronavirusa görə bütün dünyada idman yarışları təxirə salınıb. Bundesliqanın nə vaxt bərpa olunacağı isə dəqiq məlum deyil.

İkinci budesliqanın 12 klubu koronavirus pandemiyası səbəbindən öz öhdəliyini yerinə yetirinə bilmədiyinə görə artıq teleyayım gəlirindən imtina edib.

Əgər mövsüm tezliklə bərpa olunmasa, ikinci divizionunun 7 klubu aprel, 4 klubu may, 1 klubu iyunda muflis olacaq. Belə təhlükə ilə üzləşənlər arasında birinci Bundesliqanın 1 təmsilçisi də var.

12 komanda teleyayımdan alacağı pula görə kredit götürüblər və indi pulun qaytarılmasında problem yaranacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti