Klubun transfer siyahısında yer alan yeganə oyunçu deyil

00:20 Almaniya 62
Klubun transfer siyahısında yer alan yeganə oyunçu deyil

Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi İbrahim Maza “Bayern”in diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

Münhen təmsilçisi 21 yaşlı futbolçunun inkişafını yaxından izləyir. Bununla belə, Maza klubun transfer siyahısında yer alan yeganə oyunçu deyil.

Əlcəzairli futbolçunun “Bayer”lə müqaviləsinin müddətini uzatmağa yaxın olduğu bildirilir. Yeni sözləşmədə futbolçunun sərbəst qalması üçün təzminat məbləğinin nəzərdə tutulmayacağı qeyd olunur.

Maza cari mövsümdə bütün turnirlərdə 15 oyunda meydana çıxıb, 4 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun bazar dəyərini 50 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!
28 Noyabr 08:40 Bu da "Xankəndi" - VİDEO
28 Noyabr 07:30 Məhsuldar heç-heçə