"Neftçi" fanatına İstanbula gediş-qayıdış aviabileti verdi

08:50 Neftçi 38
"Neftçi" fanatına İstanbula gediş-qayıdış aviabileti verdi

“Neftçi” və “Aerowingo.az”ın başladığı kampaniyada daha bir qalib müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "Zirə" ilə matça onlayn bilet alıb biletini stadionun girişində skan edərək oyuna gələn Şahmurad Əsgərli adlı azarkeş təsadüfi yolla seçilərək İstanbula gediş-qayıdış aviabileti qazanıb.

Qalibin müəyyənləşməsi prosesi “Instagram” və “Facebook” sosial şəbəkələrinin “hekayə” bölməsində paylaşılıb. Hədiyyəni azarkeşə “Aerowingo.az”ın icraçı direktoru Çingiz Piri-zadə təqdim edib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 18:10 Çək və bizə göndər!