“Düşünürəm ki, yaxşı oyun keçirdik. İlk hissədə, demək olar ki, ən yaxşı performansımızı göstərdik.
Təbii ki, rəqibimiz “Barselona” idi və onlar kiçik səhvləri belə bağışlamırlar.
Məğlubiyyət ehtimalı var idi, lakin bizim də fərqlənmək üçün fürsətlərimiz oldu”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Rəhman Daşdəmirov deyib.
“Sabah”ın müdafiəçisi qarşılaşmanın atmosferindən və komandanın çıxışından da danışıb:
“İlk növbədə stadiona gələrək bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Çox möhtəşəm atmosfer var idi.
Rəqibin səviyyəsi hər kəsə məlumdur. Buna baxmayaraq, ilk hissədə yaxşı təsir bağışladıq.
İkinci hissənin əvvəlində yol verdiyimiz adi səhv qolla nəticələndi. Belə bir vəziyyətlə qarşılaşacağımızı düşünmürdük.
“Barselona”nın rəqiblərinin səhvlərindən necə yararlandığını bilirik. Təəssüf ki, həmin epizodda bunun qarşısını ala bilmədik”.
O, qarşıdakı görüşlərdə maksimum nəticə əldə etmək üçün əllərindən gələni edəcəklərini bildirib:
“Açığı, heç bir həyəcan hiss etmirdim. Mənim üçün yaddaqalan qarşılaşma oldu.
İndi qarşıdakı oyunlara köklənməli, yaxşı hazırlaşaraq mümkün olan ən yaxşı nəticəni əldə etməyə çalışmalıyıq”.
