"Sabah" – "Barselona" oyunu ÇL-də ilk üçlükdə qərarlaşdı

02:20 Sabah 31
"Sabah" – "Barselona" oyunu ÇL-də ilk üçlükdə qərarlaşdı

Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçirilən "Sabah" – "Barselona" qarşılaşması azarkeş sayına görə turun ən yüksək göstəricilərə sahib üç matçından biri olub.

Sportinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan oyunda tribunalarda 66321 tamaşaçı əyləşib.

Bu göstərici ilə qarşılaşma azarkeş sayına görə turun üçüncü pilləsində qərarlaşıb.

Birinci sırada "Real"ın Niderlandın PSV komandasını 5:1 hesabı ilə məğlub etdiyi görüş yer alıb. Madriddəki bu oyunu 76176 azarkeş izləyib.

İkinci yerdə isə İtaliyanın "İnter" klubu ilə Almaniyanın "Ştutqart" kollektivi arasındakı duel (2:0) qərarlaşıb. Bu matçda 74003 tamaşaçı tribunalarda olub.

"Sabah" "Barselona"ya 1:4 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 18:10 Çək və bizə göndər!
27 Noyabr 04:00 Məşhur cütlük ayrıldı