"Mançester Yunayted" 89 il sonra bu komandaya məğlub oldu - VİDEO

00:00 İngiltərə 57
"Mançester Yunayted" 89 il sonra bu komandaya məğlub oldu - VİDEO

“Brentford” 1937-ci ildən bəri ilk dəfə səfərdə “Mançester Yunayted”ə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, İngiltərə Premyer Liqasının XII turu çərçivəsində “Old Trafford” stadionunda keçirilən qarşılaşma “arılar”ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Mançester təmsilçisi 1937-ci ilin fevralından bəri öz meydanında bu rəqibə məğlub olmamışdı.

Həmin vaxt qarşılaşma 1:3 hesabı ilə yekunlaşmışdı. O vaxtdan bəri “Mançester Yunayted” “Brentford”a qarşı ev oyunlarında ardıcıl səkkiz qələbə qazanmışdı.

"Mançester Yunayted" 12 turdan sonra 8 xalla 19-cu sırada yer alaraq tarixinin ən pis göstəricilərindən birini yaşayır.

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!
28 Noyabr 08:40 Bu da "Xankəndi" - VİDEO
28 Noyabr 07:30 Məhsuldar heç-heçə