İtaliya nəhənglərinin “radar”ına düşən millimizin hücumçusundan SON XƏBƏR

14:40 Bizimkilər 67
İtaliya nəhənglərinin “radar”ına düşən millimizin hücumçusundan SON XƏBƏR

İtaliyanın bir neçə tanınmış klubu Azərbaycan U-21 millisinin hücumçusu Lorenzo Mezzotero ilə yaxından maraqlanır.

Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Onun sözlərinə görə, “İnter”, “Yuventus”, “Napoli”, “Fiorentina”, “Komo”, “Sassuolo” və “Montsa” hazırda “Sampdoriya”da forma geyinən 18 yaşlı qolçunun çıxışını izləyir.

Bu il Azərbaycan U-21 millisinin heyətinə dəvət alan Mezzotero “Sampdoriya”nın son dörd qarşılaşmasında dörd qol vurub.

O, İtaliya nəhənginin "Sampdoriya"nın əsas komandasında son 4 oyuna 4 qol vuran 18 yaşlı hücumçunu izlədiyini bildirib. Qeyd edib ki, "İnter" son həftələrdə "Sampdoriya"nın oyunlarını izləmək üçün bir neçə skaut göndərib.

Ötən həftə "Sampdoriya" ilə 2030-cu ilin iyununa qədər olan yeni müqavilə imzalayan forvardın B Seriyasıda uzun müddət qalmaq niyyəti yoxdur.

Aldığımız məlumata görə, gənclər yığmamızın üzvü gələn ilin yayında klubunu dəyişməyi planlaşdırır. O, meneceri vasitəsilə öz fikrini "Sampdoriya" rəhbərliyinə çatdırıb.

Əslində, yönətimin ön xətt oyunçusu ilə anlaşmanı uzatması bu məqsədə xidmət edir - Lorenzonun satışından böyük pullar qazanmağı hədəfləyirlər.

B seriyasının 13-cü turunda "Padova" ilə səfər matçında dubl edən hücumçunu 10-a yaxın menecer canlı izləyib. Lorenzo 19 və 84-cü dəqiqələrdə rəqib qapısına yol tapıb.

"Sampdoriya" bu qollar sayəsində qələbə qazanıb - 2:1. Mezzotero matçda əvəzlənmədən oynayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti