“Real”ın braziliyalı hücumçusu Endrik klubun gələcək planlarında yer almağa davam edir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan”ın sahibi Cerri Kardinale 20 yaşlı forvardın oyununa heyran qalıb.
“Roma” da futbolçuya marağını qoruyub saxlayır. Digər klubların da transfer yarışına qoşulub-qoşulmayacağı hələlik məlum deyil. Ancaq hazırda “Real”ın mövqeyi qətidir: Endrik komandada qalacaq.
Daha əvvəl “Real” rəhbərliyinin qışda futbolçu ilə bağlı gələcək təklifləri nəzərdən keçirməyə hazır olduğu barədə xəbərlər yayılmışdı.
Endrik cari mövsümdə bütün turnirlərdə 8 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
