“Bizi kifayət qədər amansızcasına cəzalandırdılar"

11:20 Sabah 58
“Bizi kifayət qədər amansızcasına cəzalandırdılar"

“Bizi kifayət qədər amansızcasına cəzalandırdılar. Bu, qarşılaşdığımız ən yaxşı komanda idi”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç Çempionlar Liqasının 5-ci turunda “Barselona” ilə keçirilən oyun barədə danışarkən deyib.

Polşalı cinah oyunçusu “Canal+ Sport”a açıqlamasında rəqibin üstünlüyünü açıq şəkildə etiraf edib:

“Düşünürəm ki, bundan daha böyük hesabla məğlub ola bilərdik. Onlar çox rahat oynayırdılar, inanılmaz futbolçuları var.

Bu, klassik “Barselona” oyunu idi. Elə bilirsən ki, hər şey qaydasındadır, matçın gedişatına nəzarət edirsən, birdən-birə birinci, ikinci, üçüncü zərbə gəlir.

Hətta bunların haradan gəldiyini də anlamırsan. Təəssüf ki, hesabı biz aça bilmədik.

Çünki qol vəziyyətlərimiz var idi. Qol vuracağımızı hiss edirdim, daha çox qol da vura bilərdik. Amma “Barselona” məhz belə oynayır”.

Bakı Olimpiya Stadionunda keçirilən oyunda “Sabah” “Barselona”ya 1:4 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 18:10 Çək və bizə göndər!