“Bayern”in idman direktoru Maks Eberl komandanın hücumçusu Maykl Olisenin “Real”la mümkün danışıqları barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Sportinfo.az xəbər verir ki, o, “Sport Bild”-ə açıqlamasında Madrid klubunun Olise ilə heç bir əlaqə saxlamadığını deyib:
“Real”dan bizə iki dəfə zəng edərək Olise ilə heç bir əlaqələrinin olmadığını bildirdilər”.
Daha əvvəl mətbuatda “Real”ın 24 yaşlı futbolçuya ciddi maraq göstərdiyi barədə xəbərlər yayılmışdı. Ancaq “Bayern” aparıcı oyunçusunu satmaq niyyətində olmadığını vurğulayır.
Olise cari mövsümdə bütün turnirlərdə 16 oyunda meydana çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə verib. Fransalı futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
