“Sabah”la oyunda zədələnən müdafiəçi uzun müddət oynamayacaq?

08:40 İspaniya 50
“Sabah”la oyunda zədələnən müdafiəçi uzun müddət oynamayacaq?

“Barselona”nın futbolçusu Alexandro Balde uzun müddət yaşıl meydanlardan kənarda qala bilər.

Sportinfo.az xəbər verir ki, Bakıda “Sabah”a qarşı keçirdikləri Çempionlar Liqasının oyununda xəsarət alan 23 yaşlı cinah müdafiəçisinin zədəsinin ciddi olma ehtimalı var.

Kataloniya təmsilçisinin yetirməsi bir neçə həftə oynamaya bilər. İlkin əlamətlər oyunçunun ayaq biləyinin burxulması ehtimalını göstərir.

Tibbi müayinə nəticəsində 2-ci dərəcəli zədə təsdiqlənərsə, futbolçunu uzunmüddətli bərpa dövrü gözləyə bilər.

Balde cari mövsüm bütün turnirlərdə cəmi altı oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

“Sabah” “Barselona”ya 1:4 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 18:10 Çək və bizə göndər!