Belçika “Brügge”sinin hücumçusu Nikolo Tresoldi Avropanın bir sıra top-klublarının maraq dairəsində qalır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona”, “Bayern”, “Arsenal” və “Milan” 22 yaşlı futbolçunun çıxışını yaxından izləyir.
Bu klublar Tresoldini uzunmüddətli perspektivdə hücum xəttini gücləndirmək üçün mümkün transfer hədəfi kimi nəzərdən keçirir.
Belçika klubu isə hücumçusu üçün 70 milyon avrodan aşağı təklifləri qəbul etməyi düşünmür.
Almaniyalı forvard cari mövsümdə Belçika çempionatında 12 oyuna çıxıb və 10 qol vurub.
