“Deyilməli olan hər şey artıq deyilib, indi oynamasına imkan yaratmalıyıq”

01:40 Almaniya 27
“Deyilməli olan hər şey artıq deyilib, indi oynamasına imkan yaratmalıyıq”

“Bayern”in baş direktoru Yan-Kristian Drezen komandanın yarımmüdafiəçisi Camal Musialanın vəziyyəti ilə bağlı danışıb.

Daha əvvəl 23 yaşlı futbolçunun məşq zamanı yenidən huşunu itirdiyi barədə məlumat yayılmışdı.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi “Bild”-ə açıqlamasında almaniyalı futbolçuya vaxt verməyin vacibliyini vurğulayıb:

“Deyilməli olan hər şey artıq deyilib. İndi sadəcə ona vaxt verməli və oynamağına imkan yaratmalıyıq.

Planlaşdırıldığı kimi, yenidən meydana qayıtmasına çox sevindim. Ümid edirik ki, o, əvvəlki formasını bərpa edə biləcək”.

Musiala cari mövsümdə bütün turnirlərdə 5 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 18:10 Çək və bizə göndər!