Ölkəmizdə iki klub dəyişdi, Polşada məşqçiliyə başladı

02:00 Qəbələ 42
Ölkəmizdə iki klub dəyişdi, Polşada məşqçiliyə başladı

“Sabah” və “Qəbələ”nin sabiq legioneri Zurab Oçiqava məşqçiliyə başlayıb.

Sportinfo.az xəbər verir ki, ukraynalı keçmiş müdafiəçi Polşada fəaliyyət göstərəcək.

2025-ci ildə 29 yaşında “Qəbələ”dən ayrıldıqdan sonra futbolçu karyerasını başa vuran Oçiqava “Lexiya” ilə anlaşıb.

O, həmyerlisi Vladislav Lupaşkonun başçılıq etdiyi məşqçilər korpusuna cəlb olunub. “Lexiya”da köməkçi məşqçi təyin olunan Oçiqava rəqiblərin oyununu təhlil etməklə yanaşı, futbolçuların fərdi şəkildə inkişaflarına cavabdehlik daşıyacaq.

Zurab Oçiqava 2021-2023-cü illərdə “Sabah”ın, 2023-2024 mövsümündə isə “Qəbələ”nin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 18:10 Çək və bizə göndər!
27 Noyabr 04:00 Məşhur cütlük ayrıldı