“Roma”nın vingeri Matias Sule karyerasını başqa klubda davam etdirə bilər.
Sportinfo.az “Fussball News”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətində İngiltərənin iki klubu – “Arsenal” və “Nyukasl” maraqlıdır.
Bundan başqa, Dortmund “Borussiya”sı, “Atletiko”, “Milan” və “Napoli” də onun çıxışını izləyir.
“Roma”nın baş məşqçisi Can Pyero Qasperini Sulenin komandadan ayrılmasını istəmir. Buna baxmayaraq, İtaliya klubu 55-60 milyon avro civarında təklifləri nəzərdən keçirməyə hazırdır.
Argentinalı vinger cari mövsümdə bütün turnirlərdə 17 oyuna çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə verib.
