AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, iclasda II Liqanın son turuna dair qərarlar qəbul edilib.
“Ağstafa Gəncləri” – “Hypers” oyununun 88-ci dəqiqəsində “Ağstafa Gəncləri” komandasının 1 nömrəli futbolçusu Elgün Əmiraslanov hakimi təhqir etdiyinə görə 4 oyun cəza alıb, “Ağstafa Gəncləri” komandası 1000 manat cərimə edilib.
“Ağstafa Gəncləri” – “Hypers” oyununda “Ağstafa Gəncləri” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilib.
“Şirvan” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” komandası 70 manat cərimə edilib.
“Şəmkir” – “Ağdaş” oyununda “Ağdaş” komandasının cəzalı rəsmisi Ruslan Hüseynov hakimlərə təzyiq göstərdiyinə görə cəzasının üzərinə 4 oyun əlavə edilib, “Ağdaş” komandası 600 manat cərimə edilib.
