“Azerrail” Super Liqanın dördüncü turunda inamlı qələbə qazandı

04:40 Voleybol 41
“Azerrail” Super Liqanın dördüncü turunda inamlı qələbə qazandı

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının dördüncü turunda AZERRAIL inamlı qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən qarşılaşmada AZERRAIL “Murov Az Terminal”ı 3:0 (25:13, 25:18, 25:21) hesabı ilə məğlub edib.

Bu qələbə sayəsində AZERRAIL xallarının sayını dördə çatdırıb. “Murov Az Terminal” isə altı xalda qalıb.

Turun növbəti qarşılaşması noyabrın 28-də Gəncə İdman Sarayında keçiriləcək. Meydan sahibləri UNEC-i qəbul edəcəklər.

Həmin gün keçirilməsi nəzərdə tutulan “Azərmaş Abşeron” – “Turan” qarşılaşması isə təxirə salınıb. Buna Tovuz klubunun CEV Çempionlar Liqasındakı növbəti səfər oyunu ilə əlaqədar federasiyaya müraciəti səbəb olub.

Turun əvvəlki qarşılaşmasında “Milli Aviasiya Akademiyası” “Naxçıvan”ı 3:1 (29:27, 22:25, 25:17, 25:23) hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 18:10 Çək və bizə göndər!
27 Noyabr 04:00 Məşhur cütlük ayrıldı