Azərbaycandan qolla qayıtdı, Luis Suaresi geridə qoydu

Azərbaycandan qolla qayıtdı, Luis Suaresi geridə qoydu

“Barselona”nın hücumçusu Qabriel Jesus Çempionlar Liqasındakı qol göstəricisinə görə sabiq komanda yoldaşı Luis Suaresi qabaqlayıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu buna turnirin Liqa mərhələsinin V turunda Bakıda “Sabah”la keçirilən görüşdə (4:1) fərqlənməklə nail olub.

29 yaşlı forvard Çempionlar Liqasında vurduğu qolların sayını 28-ə çatdırıb. Uruqvaylı Luis Suarez isə karyerası ərzində bu turnirdə 27 qol vurub.

Qabriel Jesus cari mövsüm bütün turnirlərdə 11 matçda meydana çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib. Luis Suarez 2014-2020-ci illərdə “Barselona”nın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 18:10 Çək və bizə göndər!
27 Noyabr 04:00 Məşhur cütlük ayrıldı