Azərbaycan millisinin forvardı Mahir Emreli Polşa çempionatında növbəti - 4-cü qolunu vurub.
Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu formasını geyindiyi “Rakuv”un 16-cı turda “Piast”la ev oyununda fərqlənib.
Komandası 0:2 hesabı ilə geridə olarkən Mahir görüşün 59-cu dəqiqəsində rəqib qapısına yol taparaq hesab arasındakı fərqi azaldıb. Start heyətində meydana çıxan Emreli 77-ci dəqiqədə əvəzlənib.
Qarşılaşmada “Rakuv” 1:2 hesabı ilə uduzub.
Çenstoxova təmsilçisi 15 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bu, Mahirin “Rakuv”la bütün turnirlərdə ümumən 7-ci qolu (23 oyunda) olub. O, həmçinin 3 qol ötürməsi edib.
