“Hazırda yeni hücumçu transfer etməyi nəzərdən keçirmirik”

10:20 Almaniya 58
“Hazırda yeni hücumçu transfer etməyi nəzərdən keçirmirik”

“Bayern”in idman direktoru Maks Eberl komandada yaşanan zədə problemi fonunda hücumçu Erik Şupo-Motinqin mümkün qayıdışı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Kamerunlu hücumçu 2020-2024-cü illərdə “Bayern”in formasını geyinib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi bunu deyib:

“Əvvəlcə yanvar ayında heyətimizin necə olacağına baxmalıyıq. Harri Keyn və İsmael Saibari iştirak edə bilməyəcəklər, lakin Alfonso Deyvis və Serj Qnabri də daxil olmaqla, digər oyunçuların hamısı geri qayıda bilər.

Hazırda “Bayern” yeni hücumçu transfer etməyi nəzərdən keçirmir, amma vəziyyət dəyişərsə, bu məsələyə yenidən qayıtmalı olacağıq”.

“Bayern” Bundesliqada 10 turdan sonra 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Münhen klubu lider “Borussiya”dan 2 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 09:00 "Neftçi"dən yeni satış