Misli Premyer Liqasında XIII turun daha iki oyunu bu gün keçiriləcək.
Sportinfo.az xəbər verir ki,ilk olaraq Qərb derbisi baş tutacaq.
"Turan Tovuz" doğma azarkeşlər önündə "Kəpəz"lə üz-üzə gələcək. Tovuz şəhər stadionundakı qarşılaşma saat 16:30-da start götürəcək.
Meydan sahibləri 24 xalla üçüncü pillədə qərarlaşıb. Ehtiyatda daha bir matçı olan Gəncə təmsilçisi 18 xalla altıncı sıradadır.
Günün ikinci görüşündə son ölkə çempionu "Sabah" "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Mərdəkandakı "Sabah Arena"da təşkil olunacaq qarşılaşma saat 19:00-da başlanacaq.
Rəqibindən bir oyun az keçirən Bakı klubu 24 xalla ikinci yerdədir. Naxçıvan təmsilçisi 4 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
Ötən gün "Şəfa" səfərdə "İmişli"ni (3:1), "Neftçi" evdə "Zirə"ni (1:0) məğlub edib. Azərbaycan Premyer Liqasında XIII tura sabah yekun vurulacaq.
16:30. "Turan Tovuz" – "Kəpəz" 0:0
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz şəhər stadionu
"Turan Tovuz": 1. Oleq Baklov, 88. Faiq Hacıyev, 5. Roderik Miller, 21. Stiv Beusnar, 90. Joarlem Santos, 77. Vadji İbrahima, 32. Hayderson Hurtado (k), 19. Roberto Olabe, 25. Denis Marandiçi, 33. Filip Damyanoviç, 11. Dioqo Balau
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin, 13. Mehman Hacıyev, 4. Rahil Məmmədov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 99. Sadiq Şəfiyev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 8. David Tavareş
Baş məşqçi: Kurban Berdıyev
"Kəpəz": 1. Rojerio Santos, 34. Urfan Abbasov (k), 7. Namik Ələskərov, 8. Şakir Seyidov, 9. Kennet Kalunqa, 66. David Domqjoni, 11. Viktor Stina, 3. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 27. Desmond Akua
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 81. Elgün Bayramov, 10. Rəhman Hacıyev, 99. Əli Səmədov, 20. Rafael Məhərrəmli, 5. Hüseyn Babayev, 17. Ümid Səmədov, 2. Arzu Atakişiyev, 70. Şahnur İsmayılov, 23. Raul İsaqov, 21. Azuma Abubakar, 33. Benito
Baş məşqçi: Azər Məmmədov
19:00. "Sabah" – "Araz-Naxçıvan"
Hakimlər: Vüqar Həsənli, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Sabah Arena"
