İspaniya mediası “Sabah”ı “ələk-vələk” elədi - Nəyi bəyənmədilər?

İspaniya mediası “Sabah”ı “ələk-vələk” elədi - Nəyi bəyənmədilər?

Azərbaycanın paytaxtına səfər edən ispaniyalı jurnalistlər "Sabah" - "Barselona" (1:4) matçı ilə bağlı təəssüratlarını bölüşüblər.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turunun qarşılaşmasına həsr olunan "La Vanguardia", ARA və "Mundo Deportivo" nəşrlərinin xüsusi müxbirləri reportajlarında təkcə komandaların oyununa deyil, Bakı Olimpiya Stadionundakı atmosferə, azarkeşlərin davranışına və Azərbaycan klubunun xüsusiyyətlərinə də xüsusi diqqət yetiriblər.

Belə ki, "La Vanguardia" nəşrinin müxbiri Anais Marti Errero reportajına Bakı üzərindəki bədirlənmiş ayı, pirotexniki vasitələri, stadionda təhlükəsizlik əməkdaşlarının funksiyalarını yerinə yetirən təxminən 400 hərbçinin olmasını təsvir etməklə başlayıb.

İspaniyalı jurnalistin diqqətini çəkən ən maraqlı məqamlardan biri yerli azarkeşlərin "Barselona"nın hücumçusu Entoni Qordonun hərəkətlərinə reaksiyası olub. İngiltərəli futbolçu demək olar ki, hər dəfə topa toxunduqda fitə basılıb.

Errero futbolçuya qarşı bu münasibətin səbəbini cari ilin fevralında baş verən hadisələrlə əlaqələndirib.

Həmin vaxt Qordon "Nyukasl"ın heyətində çıxış edərkən Çempionlar Liqası çərçivəsində Bakıda "Qarabağ"ın qapısına dörd qol vurmuşdu (6:1). "Sabah"la "Qarabağ"ın Azərbaycan çempionatındakı rəqabətini nəzərə alan jurnalist azarkeşlərin belə davranışının milli həmrəyliyin təzahürü ola biləcəyini ehtimal edib.

Stadionun səsli elan sisteminin fəaliyyəti də diqqətdən kənarda qalmayıb. Errero müxtəlif dillərdə, o cümlədən Azərbaycan və ispan dillərində səsləndirilən elanlara, eləcə də qarşılaşma zamanı səslənən musiqilərə diqqət çəkib.

Jurnalist xüsusilə Coy-Lens Mikelsin qolundan sonra səsləndirilən musiqini tənqidi qiymətləndirərək onu kənd bayramındakı musiqi ilə müqayisə edib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 18:10 Çək və bizə göndər!
27 Noyabr 04:00 Məşhur cütlük ayrıldı