“Çelsi”nin müdafiəçisi Malo Qusto qış transfer dövründə komandanı tərk edə bilər.
Sportinfo.az “Transfer News”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “Çelsi” ilə razılığa gəlib.
Razılığa əsasən, klub yanvarda onun gedişinə mane olmayacaq.
Fransalı müdafiəçiyə ciddi maraq göstərən klublardan biri “Mançester Yunayted”dir. “Qırmızı şeytanlar”ın yeni baş məşqçisi Maurisio Poçettino şəxsən Qustonun transferində maraqlıdır.
Qusto cari mövsümdə bütün turnirlərdə 11 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun bazar dəyərini 35 milyon avro qiymətləndirir.
