“Bayern” rəhbərliyi qış transfer dövründə yeni futbolçuların heyətə cəlb olunmasına ehtiyac görmür.
Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, klubun prezidenti Herbert Hayner komandanın illik ümumi yığıncağında zədəli futbolçuların bir neçəsinin yaxın zamanda heyətə dönməsinin transfer ehtiyacını azalda biləcəyini bildirib:
“Vəziyyət gözlədiyimiz kimi alınmadı. Digər tərəfdən, Luis Dias qayıdır, Alfonso Deyvis iki həftədən sonra hazır olacaq,
Serj Qnabri də tədricən məşqlərə qoşulur. Buna görə də qış fasiləsində hansısa addım atmalı olduğumuzu düşünmürəm.
İlk növbədə, futbolçuların sıraya qayıtmasını gözləməliyik. Bundan sonra qışda necə hərəkət edəcəyimizə baxacağıq. Hazırda belə bir planımız yoxdur.
Kim düşünə bilərdi ki, rəqib futbolçunun tamamilə lazımsız hərəkəti üzündən Harri Keyni bir neçə ay itirəcəyik?
Buna görə də hazırda hansı vəziyyətdə olduğumuzu demək çətindir. Adətən belə açıqlamalar sonradan insanın özünə qarşı çevrilir”.
Münhen klubu Bundesliqada 10 turdan sonra 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
