“Beşiktaş” onların Azərbaycanı qabaqlamaq təhlükəsini aradan qaldırdı

“Beşiktaş” onların Azərbaycanı qabaqlamaq təhlükəsini aradan qaldırdı

Azərbaycan UEFA reytinqində həftəni 24-cü sırada başa vurub.

Sportinfo.az xəbər verir ki, ölkəmizin mövqeyi UEFA Avropa Liqasının əsas mərhələsinin V turunun qarşılaşmalarından sonra dəqiqləşib.

Belə ki, İsrailin “Hapoel” (Beer-Şeva) komandası Gürcüstanda Türkiyənin “Beşiktaş” klubuna 1:2 hesabı ilə məğlub olub. Bu nəticə İsrailin reytinq cədvəlində Azərbaycanı qabaqlamaq şansını aradan qaldırıb.

Hazırda Azərbaycan 24.187 əmsalla 24-cü yerdədir. 24.125 xala malik İsrail 25-ci, 24.837 əmsalı olan Ukrayna isə 23-cü pillədə qərarlaşıb.

Siyahının lideri 109.227 əmsalla İngiltərədir.

Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Sabah”dır.

Bakı klubu Çempionlar Liqasının əsas mərhələsinin V turunda doğma meydanda İspaniyanın “Barselona” komandasına 1:4 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 18:10 Çək və bizə göndər!