Azərbaycan millisinin və Polşanın “Rakuv” klubunun futbolçusu Mahir Əmrəli sosial şəbəkədə maraqlı dialoqun iştirakçısına çevrilib.
Belə ki, “instagram” platformasında Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində dərs deyən Elməddin Mirzəzadə adlı biologiya müəlliminin paylaşımı diqqət çəkib.
Müəllim tələbələrinə onları Lənkərana aparacağına söz verib. Lakin bunun üçün gənclərin qarşısında şərt qoyub.
Müəllim şagirdləri ilə birlikdə video hazırlayaraq Mahir Əmrəliyə müraciət edib. Futbolçudan paylaşımın altına şərh yazmasını xahiş edən şagirdlər bildiriblər ki, Mahirin reaksiyası olacağı təqdirdə müəllim onları Lənkərana aparacaq.
29 yaşlı hücumçunun cavabı özünü çox gözlətməyib.
Mahir paylaşımın altına şərh yazaraq məktəblilərə uğurlar arzulayıb və onlardan Lənkərandan salam videosu gözlədiyini bildirib.
Bundan sonra müəllim də futbolçuya cavab verib:
“Qardaş, mən elə bildim yazmayacaqsan, başın qarışıqdır-falan. İşə saldın məni. Sözümüz sözdür”.
Odur ki, Mahir Əmralinin bir şərhi Elməddin müəllimi verdiyi vədi yerinə yetirməli vəziyyətə salıb. İndi isə xərc çəkərək şagirdləri Lənkərana aparmaq növbəsi müəllimindir.
Peşə Mərkəzinin komandası daxili futbol çempionatında finala qədər yüksəlməyi bacarıb.
HƏBİB / SPORTİNFO.AZ
İDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
