“Barselona”nın prezidentinə Bakıda nə göstərdilər? - VİDEO

03:00 Hadisə 43
“Barselona”nın prezidentinə Bakıda nə göstərdilər? - VİDEO

“Barselona”nın prezidenti Joan Laporta Bakıda komandanın azarkeşləri ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, tədbirdə Bakı və Bağdadda fəaliyyət göstərən fan-klubların nümayəndələri iştirak ediblər.

Laporta Bakıda olmaqdan və yerli azarkeşlərlə görüşməkdən məmnunluğunu ifadə edib:

“Dünyanın istənilən nöqtəsində “Barselona”nın ruhunu hiss etmək mümkündür. Bu, bizə güc verir. Bakıda “Barselona”nın azarkeşləri ilə görüşdüm.

Dünyanın hər yerindəki azarkeşlərimizlə fəxr edirik. Onların dəstəyi klubu gücləndirmək və inkişaf etdirmək istiqamətində fəaliyyətimizi davam etdirməyə kömək edir.

Bu, “Barselona”nın təkcə futbol dünyasında deyil, dünyanın müxtəlif ölkələrində insanların həyatında da mühüm yer tutduğunu göstərir”.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 18:10 Çək və bizə göndər!
27 Noyabr 04:00 Məşhur cütlük ayrıldı