“Barselona” ilə oyunu yarımçıq tərk edən ərəbin son durumu necədir?

16:40 Sabah 57
“Barselona” ilə oyunu yarımçıq tərk edən ərəbin son durumu necədir?

Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Barselona” ilə qarşılaşmada zədələnən “Sabah”ın müdafiəçisi Akim Zedadkanın vəziyyətinə aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, əlcəzairli legionerin zədəsi ciddi deyil. Amma “Araz-Naxçıvan”la oyunu buraxmaq ehtimalı çoxdur.

Zedadka “Barselona” ilə qarşılaşmada zədə səbəbindən meydanı vaxtından əvvəl tərk edib və Tellur Mütəllimovla əvəzlənib.

Misli Premyer Liqasının 13-cü turu çərçivəsində noyabrın 28-də keçiriləcək “Sabah” – “Araz-Naxçıvan” qarşılaşması saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti