“Bayern” “Ayntraxt”ın (Frankfurt) və Almaniya millisinin hücumçusu Yunus Ebnutalibi heyətinə qatmaq istəyir.
Sportinfo.az xəbər verir ki, bu barədə “Sport Bild” nəşri məlumat yayıb.
Münhen təmsilçisinin Müşahidə Şurası qış transfer dövründə heyətə yeni futbolçu cəlb etməmək qərarına gəlmişdi.
Ancaq komandanın əsas hücumçusu Harri Keynin ciddi zədələnməsi klub rəhbərliyini planlarını yenidən nəzərdən keçirməyə vadar edib.
Hazırda “Bayern” daxilində 23 yaşlı hücumçunun transferi müzakirə olunur. Hələlik konkret addımlar atılmasa da, klub onun çıxışını yaxından izləyir. Ebnutalibin transfer dəyərinin təxminən 35 milyon avro olduğu bildirilir.
Dortmund “Borussiya”sı da almaniyalı futbolçu ilə maraqlanır. Forvard cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə verib.
