Cəlal Hüseynov az oynadı, “Petrolul” öz meydanında məğlub oldu

03:40 Bizimkilər 47
Cəlal Hüseynov az oynadı, “Petrolul” öz meydanında məğlub oldu

Rumıniya Superliqasında 17-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” öz meydanında “Arceş”lə üz-üzə gəlib.

Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. “Arceş”ə qələbə gətirən qolu 41-ci dəqiqədə Qabriel Çarpentier vurub.

Görüşə ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 81-ci dəqiqədə Tiberiu Kapusanın əvəzinə meydana daxil olub.

Bu məğlubiyyətdən sonra əvvəlki kimi 30 xalda qalan "Petrolul" turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 18:10 Çək və bizə göndər!
27 Noyabr 04:00 Məşhur cütlük ayrıldı