“Çelsi”nin baş məşqçisi Xabi Alonso İngiltərə Premyer Liqasının növbəti turunda məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
London təmsilçisi 12-ci turda səfərdə “Nottingem Forest”ə 2:3 hesabı ilə uduzub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Alonso qarşılaşmadan sonra komandasının çıxışını belə şərh edib:
“İstədiyimiz kimi getməyən çox şey oldu. İlk qolu tez buraxdıq, ardınca ikinci qol gəldi. Üçüncü top isə vəziyyəti xeyli çətinləşdirdi.
Hazırda çətin dönəmdəyik, bizə sabitlik və özünəinam çatışmır. Özünəinamı geri qaytarmaq üçün həll yolu tapmağa çalışmalıyıq”.
“Çelsi” hazırda İngiltərə çempionatında 16 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Londonlular növbəti turda, dekabrın 2-də “Kristal Pelas”ı qəbul edəcək.
