Komandamızın üzvləri Dünya kubokunun final mərhələsində

04:10 Boks 37
Komandamızın üzvləri Dünya kubokunun final mərhələsində

Noyabrın 28-də Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə Dünya kubokunun final mərhələsi start götürəcək.

Sportinfo.az xəbər verir ki, 6 gün davam edəcək yarışda Azərbaycan millisi 2 idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Ravşan Xocayev və məşqçi Etibar Abdullayevin rəhbərliyi altında rinqə Nəbi İsgəndərovla (70 kq) Məhəmməd Abdullayev (+90 kq) çıxacaqlar.

World Boxing-in 2026-cı il üzrə təşkil etdiyi üçmərhələli Kubok seriyasının həlledici yarışında hər çəki dərəcəsində 8 boksçu mübarizə aparacaq.

Onlardan biri ev sahibi Özbəkistanın kvotası ilə, digər 7-si isə Braziliya və Çində keçirilmiş əvvəlki mərhələlərin nəticələrinə əsasən müəyyənləşdirilib.

Boksçularımız Dünya kubokundan əvvəl Daşkənddə 12 günlük beynəlxalq təlim-məşq toplaşına qatılıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 18:10 Çək və bizə göndər!
27 Noyabr 04:00 Məşhur cütlük ayrıldı