«Mingəçevir»də böhran yenidən dərinləşib.
Baş məşqçi postunda Elman Sultanovu əvəzləyən Samir Məmmədovun köməkçiləri və bəzi futbolçular klub rəhbərliyini boykot edib.
Səbəb əvvəlkidir - maddi ehtiyacların qarşılanmaması. Prezident vəzifəsini yerinə yetirən Ruslan Həmidov verdiyi vədin arxasından qaçıb
. O, 3 aydır əməkhaqqısını ala biməyən, bu səbəbdən «Şahdağ»la ev matçına çıxmayan və AFFA-nın İntizam Komitəsi tərəfindən 0:3 hesablı texniki məğlubiyyət və 3000 manat cərimə ilə «mükafatlandırılan» komanda üzvlərinin ödəməsini dediyi vaxtda etməyib.
Maaş borcunun həftəiçi ödəniləcəyi bildirilsə də, Həmidov deyilən vaxtda yoxa çıxıb.
Vəziyyəti belə görən «işıqçılar»ın bir qrupu məşqə çıxmayıb, digərləri isə təkrar AFFA-ya müraciət etməyi qərara alıb.
Mingəçevir şəhərinin eyniadlı təmsilçisi doqquz turdan sonra I Liqanın 8-ci pilləsində məskunlaşıb. Aktivində 2 qələbə, 1 heç-heçə olan komanda məğlubiyyətlə üzləşib və 7 xala malikdir.
SPORTİNFO.AZ
