18 yaşlı “Barsa”lının uşaqlıq arzusu Bakıda gerçəkləşdi, emosional paylaşım etdi

18 yaşlı “Barsa”lının uşaqlıq arzusu Bakıda gerçəkləşdi, emosional paylaşım etdi

“Barselona”nın futbolçusu Aleks Kampos Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda “Sabah”la keçirilən oyunda (4:1) əsas komandada debüt etməsi ilə bağlı təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, kataloniyalıların 18 yaşlı müdafiəçisi instaqram hesabında emosional paylaşım edib:

“Elə günlər var ki, uşaqlıqdan onları yaşamağı arzulayırsan. Həmin günlər nəhayət gəlib çatanda isə hisslərini ifadə etmək üçün söz tapmaq çətin olur.

25 noyabrda bu arzularımdan birini gerçəkləşdirmək şərəfinə nail oldum – Çempionlar Liqasında “Barselona”nın əsas komandasında debüt etdim.

Ailəmə, komanda yoldaşlarıma, məşqçilərimə, bu yolun bir parçası olan və bugünkü səviyyəyə çatmağıma kömək edən hər kəsə təşəkkür edirəm.

İndi belə anları yenidən yaşamaq üçün daha çox imkan qazanmaq naminə səylə çalışmağa davam etməyin vaxtıdır. Həmişə təvazökarlıq və fədakarlıqla. Yaşasın “Barselona”!”

Hansi Flikin komandasının müdafiə xəttindəki zədələr səbəbindən son bir neçə oyunda əsas heyətə cəlb olunan Kampos Bakıdakı qarşılaşmanın son 25 dəqiqəsinə yaxın hissəsində meydanda olub.

Digər Xəbərlər
Xəbər Lenti