“Neftçi”nin 90 illiyidir, ona görə də çempion olmaq istəyirik”

19:20 Neftçi 62
“Neftçi”nin 90 illiyidir, ona görə də çempion olmaq istəyirik”

“Azarkeşlərimiz qarşısında oynayırdıq. Çətin qarşılaşma olacağını gözləyirdik.

Bizim üçün 6 xallıq oyun idi. Qələbə qazanmaq istəyirdik.

Çox şadam ki, istəyimizə çatdıq və qalib gəldik. Bunun ardını gətirmək istəyirik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Rüfət Abbasov Misli Premyer Liqasının 13-cü turunda “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, matçın gedişində rəqib futbolçu Eren Aydınla aralarında yaranan mübahisəyə belə aydınlıq gətirib: “O, dirsəyi ilə çənəmə zərbə vurdu. Məncə, qırmızı vərəqə var idi”.

21 yaşlı müdafiəçi bildirib ki, hədəfləri yalnız çempionluqdur:

“Biz hər oyuna qələbə üçün çıxırıq. Bildiyiniz kimi, “Neftçi”nin 90 illiyidir.

Ona görə də çempion olmaq istəyirik. Bunun ardını gətirəcəyimizə söz verirəm.

Azarkeşlərimizə də təşəkkür edirəm ki, bizə əla dəstək olurlar. Hədəf yalnız çempionluqdur. İkinci, üçüncü yer barədə düşünmürük”.

Digər Xəbərlər
Xəbər Lenti