“Kəpəz”də vəziyyət necədir?

03:20 Kəpəz 34
“Kəpəz”də vəziyyət necədir?

Misli Premyer Liqasının 13-cü turunda “Turan Tovuz”la qarşılaşacaq “Kəpəz”in heyətində zədəli və cəzalı futbolçu yoxdur.

Sportinfo.az xəbər verir ki, komanda qarşılaşmaya hazırlığını davam etdirir və heyətdə hər hansı itki yoxdur.

“Turan Tovuz” - “Kəpəz” oyunu noyabrın 28-də Tovuz şəhər stadionunda keçiriləcək. Görüş saat 16:30-da başlayacaq.

Hazırda “Turan Tovuz” 24 xalla turnir cədvəlinin üçüncü, 18 xala malik “Kəpəz” isə altıncı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 18:10 Çək və bizə göndər!
27 Noyabr 04:00 Məşhur cütlük ayrıldı