“Bayern” sabiq hücumçusu Erik-Maksim Şupo-Motinqi yenidən heyətinə qatmağı düşünür.
Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, Münhen təmsilçisi zədəli Harri Keynin əvəzləyicisi olacaq mərkəz hücumçusu axtarışındadır.
37 yaşlı futbolçu namizədlər siyahısında yer alır.
Hələlik “Bayern”in bu transferlə bağlı konkret addımlar atıb-atmayacağı bəlli deyil. Şupo-Motinqin “Nyu-York Red Bulls”la müqaviləsinin müddəti ilin sonunda başa çatacaq.
Kamerunlu hücumçu 2020-2024-cü illərdə “Bayern”in formasını geyinib.
