“18 ay ərzində “Real”ın futbolçusu olacaq” - İDDİALI PROQNOZ

10:20 İspaniya 56
“18 ay ərzində “Real”ın futbolçusu olacaq” - İDDİALI PROQNOZ

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill, “Mançester Siti”nin hücumçusu Erlinq Halandın gələcəyi ilə bağlı proqnozunu açıqlayıb.

Sportinfo.az “The Overlap”-a istinadən xəbər verir ki, ingiltərəli norveçli forvardın yaxın 18 ay ərzində “Real”a keçəcəyinə əmin olduğunu bildirib:

“Əminəm ki, Haland ən geci 18 ay ərzində “Real”ın futbolçusu olacaq. Hətta bu, cari mövsümün sonunda da baş verə bilər.

Düşünürəm ki, Vinisius Junior “Real”dan ayrılacaq, Kilian Mbappe sol cinaha keçəcək, Haland isə Madrid klubunun mərkəz hücumçusu olacaq”.

26 yaşlı Halandın “Mançester Siti” ilə müqaviləsinin müddəti 2034-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 18:10 Çək və bizə göndər!