“Klubumuzun maliyyə öhdəliklərində problemlər mövcud deyil“

09:40 II Divizion 37
“Klubumuzun maliyyə öhdəliklərində problemlər mövcud deyil“

“Son günlər klubumuzun maliyyə vəziyyəti, sponsorlarla əməkdaşlığı, futbolçular qarşısında öhdəlikləri və aparıcı oyunçuların komandadan ayrılması ehtimalı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Şirvan"ın baş meneceri Emin Məmmədov deyib.

II Liqada mübarizə aparan region təmsilçisinin funksioneri bildirib ki, komandada maddi cəhətdən vəziyyət qaydasındadır:

"İlk növbədə qeyd etmək istəyirəm ki, klubumuzun mövcud sponsorları ilə əməkdaşlığında hər hansı bir dayandırılma və ya geriçəkilmə halı yoxdur.

Hazırda üç şirkət klubumuzla əməkdaşlığını davam etdirir. Biz bu tərəfdaşlığa və qarşılıqlı etimada böyük önəm veririk.

Bununla yanaşı, məqsədimiz mövcud tərəfdaşlarımızı qorumaqla kifayətlənmək deyil. Klubun maliyyə və təşkilati imkanlarını genişləndirmək, yeni sponsorlar cəlb etmək və daha dayanıqlı idarəetmə modeli formalaşdırmaq istiqamətində işlərimizi davam etdiririk.

"Şirvan" PFK yeni formalaşan və inkişaf yolunda olan bir klubdur. Təbii ki, bu proses müəyyən çətinliklər və çağırışlarla müşayiət oluna bilər. Komandamızın hədəfləri və mövsümün qarşısında duran idman vəzifələri dəyişməyib.

Şirvan futbolunun inkişafı, klubun daha da güclənməsi və azarkeşlərimizin etimadının qorunması istiqamətində fəaliyyətimizi davam etdiririk. İctimaiyyətə təqdim olunan məlumatların dəqiqliyinə və obyektivliyinə xüsusi diqqət yetirilməsini vacib hesab edirik.

Azarkeşlərimizin diqqətinə çatdırmaq istəyirik ki, “Şirvan”ın maliyyə vəziyyəti, sponsorlarla əməkdaşlığı və futbolçular qarşısında öhdəliklərində problemlər mövcud deyil.

Klubumuzun mövcud sponsorları ilə əməkdaşlığında hər hansı bir dayandırılma və ya geriçəkilmə halı yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 18:10 Çək və bizə göndər!