Braziliya yığmasının sabiq futbolçusu Aleks de Souza Braziliyanın “Seara” klubunun baş məşqçisi təyin olunub.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
49 yaşlı mütəxəssis 2027-ci ilin sonunadək komandaya rəhbərlik edəcək.
Sabiq futbolçu 2026-cı ilin əvvəlinədək “Operario Ferroviario”da işləyib, daha sonra isə “Atletik”də çalışıb.
