Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasının 1/8 final mərhələsində cavab oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, təmsilçimiz Lyüblyanada Sloveniyanın "ACH Volley" klubunun qonağı olub.
Qarşılaşma komandamızın məğlubiyyəti ilə yekunlaşıb - 1:3 (23:25, 25:23, 15:25, 18:25). Ötən həftə Bakıda baş tutan ilk dueldə də rəqib qələbə qazanmışdı (3:1).
Beləliklə, "Xilasedici" avrokuboklarda yoluna CEV Çelenc Kubokunda davam edəcək.
