Azərbaycan klubunun aparıcı siması karyerasını Qərbi Avropada davam etdirməyi planlaşdırır

01:20 Sabah 62
Azərbaycan klubunun aparıcı siması karyerasını Qərbi Avropada davam etdirməyi planlaşdırır

“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Rahmonaliyev Qazaxıstan çempionatına keçmək istəmir.

Sportinfo.az “ASnews”a istinadən xəbər verir ki, Qazaxıstan klublarının marağına baxmayaraq, 23 yaşlı futbolçu karyerasını Qərbi Avropada davam etdirməyi planlaşdırır.

Özbəkistanın “Bunyodkor” futbol akademiyasının yetirməsinin UEFA Çempionlar Liqasında çıxış etməsi onun Avropa klublarına transfer imkanlarını artırır.

Futbolçunun vaxtilə Rusiyanın “Rubin” klubuna keçidində iştirak edən mənbə də bu məlumatı təsdiqləyib:

“Hazırkı mərhələdə Qazaxıstan klublarının heç bir şansı yoxdur”.

“Sabah” bu ilin yanvarında Rahmonaliyevin transfer hüquqlarını Kazan təmsilçisindən 400 min avroya (təxminən 790 min manat) alıb. Yarımmüdafiəçinin Azərbaycan klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin sonunadək qüvvədədir.

Rahmonaliyev Özbəkistan millisinin DÇ-2026 üçün açıqlanan genişləndirilmiş heyətində də yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 18:10 Çək və bizə göndər!
27 Noyabr 04:00 Məşhur cütlük ayrıldı