COP29

"Onun səhhəti indi yaxşı deyil - zü də hər zaman deyirdi ki..."

26 Avqust 2023 18:40 Almaniya 390
"Onun səhhəti indi yaxşı deyil - zü də hər zaman deyirdi ki..."

Keçmiş futbolçu Lotar Matteus “Bayern”in fəxri prezidenti Frans Bekkenbauerin səhhəti ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Bekkenbauerin səhhətinin yaxşı olmadığını vurğulayıb:

“Ona can sağlığı diləyirik. İstəyirik ki, qoca Bekkenbauer aramıza enerji dolu qayıtsın.

Özü də hər zaman deyirdi ki, sağlamlıq dünyada ən vacib şeydir. Onun səhhəti indi yaxşı deyil. Gəlin, onun yaxşı olacağına ümid edək”.

Sentyabrın 11-də Bekkenbauerin 78 yaşı tamam olacaq. O, 1964-1977-ci illərdə “Bayern”də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti