“Sabah”ın rəqibinin 2 futbolçusuna göz dikib - “Bayern”

01:40 Almaniya 111
“Sabah”ın rəqibinin 2 futbolçusuna göz dikib - “Bayern”

“Bayern” “Sabah”ın Çempionlar Liqasında rəqibi olan “Barselona”nın iki futbolçusunu transfer etməkdə maraqlıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Münhen təmsilçisi uzun müddətdir Dani Olmonun çıxışını izləyir. Ancaq almanlar ispaniyalı yarımmüdafiəçini qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırmır.

Bu keçid daha çox gələcək üçün nəzərdə tutulub. Tərəflər arasında mümkün transferin məbləği təxminən 90 milyon avro ola bilər.

“Bayern”in diqqətində olan digər futbolçu isə Jül Kundedir. “Barselona” fransalı müdafiəçini 80-90 milyon avro dəyərində qiymətləndirir.

Münhen klubunda bu məbləğin həddindən artıq yüksək olduğu düşünülür. Buna görə də, qışda transferin reallaşması mümkün görünmür.

Almaniya çempionu hələlik futbolçunun vəziyyətini izləməklə kifayətlənir.

28 yaşlı Olmo bu mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə verib. 27 yaşlı Kunde isə 8 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?